İtaliyanın Misano şəhərində 26 yaşlı gənc cibində elektron siqaret partlaması nəticəsində ağır yaralanıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Today.it” məlumat yayıb.
Gənc oğlan ikinci dərəcəli yanıq və kəllə-beyin travması alıb. Həkimlər ona 50 tikiş atıblar.
Zərərçəkənin dediyinə görə, evdən çıxan kimi şalvarının cibinə qoyduğu cihaz qəfildən alovlanıb. Kişi alovu söndürməyə çalışsa da, yıxılaraq başını zədələyib və huşunu itirib. Təcili tibbi yardım maşını gənci xəstəxanaya çatdırıb, ona 2-ci dərəcəli yanıq və başında açıq yara diaqnozu qoyulub.
Müalicədən sonra həmin şəxs prokurorluğa şikayət ərizəsi ilə müraciət edərək siqaretin Aİ sertifikatı ilə rəsmi məntəqədən alındığını qeyd edib. Zərərçəkən vurğulayıb ki, aparat heç bir modifikasiyaya məruz qalmayıb və batareyası orginal olub.
QAZİLER.AZ