Səudiyyə Ərəbistanından olan 4 turist Qəbələdə qəzaya düşüb

Səudiyyə Ərəbistanından olan 4 turist Qəbələdə qəzaya düşüb backend

Səudiyyə Ərəbistanından gələn dörd turist Qəbələ rayonunda qəzaya düşüb, onlardan birinin vəziyyəti ağırdır.

“Report”un mlumatına görə, hadisə Qəbələnin Laza kəndində baş verib.

Bildirilib ki, kvadrosikllərin toqquşması nəticəsində Səudiyyə Ərəbistanından olan dörd turist – üç qadın, bir kişi) xəsarət alıb.

Qəza zamanı ağır xəsarət alan qadınlardan birinin Bakıya göndərilməsi planlaşdırılır.