Osakada pensiyaçılara telefonla danışarkən bankomatlardan istifadə etmək qadağan edilib.
Yaponiyanın Osaka şəhərində yaşlı insanlara mobil telefon danışığı zamanı bankomatlardan istifadə qadağan edilib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 1-də NHK telekanalı məlumat yayıb.
“Osaka prefekturasında, Yaponiyada ilk dəfə olaraq, yaşlı insanların mobil telefon danışığı zamanı bankomatlardan istifadəsini qadağan edən tənzimləmə qüvvəyə minib”, - nəşr yazır.
Belə bir tədbirin xüsusi dələduzluqdan dəymiş ziyanın qarşısını almaq üçün görüldüyü vurğulanır. Nəşrin məlumatına görə, reqlament həmçinin bankomat quraşdıran maliyyə qurumlarını dələduzluq barədə xəbərdarlıq plakatları asmağa məcbur edir.
Bundan əlavə, bu cür şirkətlər süni intellekt (AI) kamerasından istifadə edərək danışan şəxsi avtomatik müəyyən edən xüsusi sistemlər də tətbiq etməlidir.
QAZİLER.AZtelefon