Rusiyanın Çelyabinsk vilayətində yük qatarına məxsus 8 vaqon relsdən çıxıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə Ural Nəqliyyat Prokurorluğunun mətbuat xidməti öz “Telegram” kanalında məlumat yayıb.
Qeyd olunub ki, hadisə nəticəsində xəsarət alan olmayıb, qəza digər qatarların hərəkətinə təsir etməyib.
“Cənubi Ural Dəmir Yolunun Şerşni stansiyasında yük qatarının 8 vaqonu boşaltma keçidində relsdən çıxıb”, - məlumatda bildirilib.
QAZİLER.AZ