Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb backend

Bakıda məsciddə törədilən qətllə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, iyulun 26-da saat 05 radələrində Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində yerləşən “İmamzadə” məscidində 1990-cı il təvəllüdlü Nadir Səfərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1996-ci il təvəllüdlü Elvin Məmmədovun bıçaqla xəsarətlər yetirərək Nadir Səfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, E.Məmmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Nadir Səfər oğlu Səfərov həmin gün namazını qıldıqdan sonra elə məsciddə dindarların gecələməsi üçün nəzərdə tutulan otaqda yatıb. O, yatdığı zaman kəsici-deşici alətlə qətlə yetirilib. Ona 30-dan çox bıçaq zərbəsi vurulub.