Rusiyada çimərliyə ildırım düşüb, ölənlər var

Rusiyada çimərliyə ildırım düşüb, ölənlər var backend

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurması nəticəsində həlak olublar.

"Report" xəbər verir ki, bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.