Kinorejissor Aleksandr Mitta vəfat edib

Kinorejissor Aleksandr Mitta vəfat edib backend

Rusiyanın xalq artisti və kinorejissor Aleksandr Mitta 93 yaşında vəfat edib.

Qaziler.az bildirir ki, bu barədə iyulun 14-də onun oğlu Yevgeni Mitta məlumat verib.

İyulun 1-də kinorejissor ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. O, bu yaxınlarda xərçənglə mübarizə aparırdı.

Mitta 28 mart 1933-cü ildə Moskvada anadan olub. Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib.

Kinorejissor "Dostum, Kolka!", "Ekipaj", "Yan, yan, ulduzum" kimi məşhur filmlərə, "Sərhəd. Tayqa romanı" teleserialına və bir çox başqa filmləri çəkib. Onun son filmi "Şaqal - Maleviç" 2014-cü ildə ekranlara çıxıb.

QAZİLER.AZ