Donkasterdə 24 yaşlı gənc uşaqlar üçün olan üzgüçülük hovuzundan suyu boşaldarkən boğularaq ölüb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Metro” qəzeti məlumat yayıb.
Hovuzun dərinliyi cəmi 22 santimetr olub. Roan Blur hovuzu boşaldarkən huşunu itirərək suya düşüb. Belə ki, o, həkimlər gələnə qədər təxminən beş dəqiqə hovuzda qalıb.
“Xilasedicilər onun ürəyini masaj edərək yenidən işə sala və xəstəxanaya çatdıra biliblər, lakin beyni uzun müddət oksigensız qaldığı üçün həyatənə xilas etmək mümkün olmayıb”, - məqalədə qeyd olunub.
Blurun valideynləri hadisə zamanı tətildə olublar. Hadisədən xəbər tutan kimi ailə oğullarını görmək üçün xəstəxanaya gəlsələr də 24 yaşlı gənc onların gəlməsinə 10 dəqiqə qalmış dünyasını dəyişib.
QAZİLER.AZ