Bakıda ağac avtobusun üzərinə aşdı - VİDEO

Bakıda ağac avtobusun üzərinə aşdı - VİDEO backend

Bakıda ağac avtobusun üzərinə aşıb.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "Baku Bus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, hadisə bu gün saat 12 radələrində baş verib:

"3 nömrəli marşrut xətti üzrə hərəkət edən, 99-JU-368 dövlət qeydiyyat nişanlı avtobus Abay Kunanbayev küçəsi 145 ünvanında dayanacaqda dayandığı zaman qeyri-sabit və küləkli hava şəraiti səbəbindən yaxınlıqda yerləşən ağacın budağı qırılaraq avtobusun üzərinə düşüb.

Nəqliyyat vasitəsini idarə edən sürücü Məzahir Rüstəmovun verdiyi ilkin məlumata əsasən, hadisə zamanı avtobusda olan sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlərin təhlükəsizliyinin və daşınmanın fasiləsizliyinin təmin olunması məqsədilə "BakuBus" MMC tərəfindən operativ tədbirlər görülüb. Sərnişinlər eyni marşrut xətti üzrə hərəkət edən digər avtobusa yönləndiriliblər, marşrutun hərəkət qrafiki isə qısa müddət ərzində tam şəkildə bərpa olunub.

Hadisə ilə bağlı dərhal aidiyyətı qurumlara məlumat verilib".