Azərbaycan əsilli Yusif Xəlilovun Rusiyanın Voronej şəhərində hansı biznesə sahib olduğu məlum olub.
Qaziler.az bildirir ki, bu barədə “Baza” nəşri öz Telegram kanalında məlumat yayıb.
Onun sözlərinə görə, Xəlilov “Yardı Superbar” restoranının sahibidir. Bundan əlavə, o, böyük Alekseyevski bazarının ortaq sahibidir.
Bundan əvvəl Xəlilovun evinə xüsusi təyinatlı dəstənin gəldiyi məlum olub.
Yekaterinburqda “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında azərbaycanlı iş adamının oğlu ilə birlikdə saxlanıldığı da bildirilib. Oğlu daha sonra sərbəst buraxılıb.
QAZİLER.AZ