Rusiyada yeniyetmə tanımadığı şəxsin verdiyi pençenyedən reanimasiyaya düşüb

Rusiyada yeniyetmə tanımadığı şəxsin verdiyi pençenyedən reanimasiyaya düşüb backend

Rusiyanın Xantı-Mansi muxtar dairəsinə yerləşən Surqut şəhərində səkkizinci sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsin təklif etdiyi peçenyeni yedikdən sonra reanimasiyaya düşüb.

Qaziler.az-ın məlumatına görə, bu barədə REN TV hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

Yeniyetməni yoldan keçənlər qeyri-adekvat vəziyyətdə həyətdəki skamyaların birində tapıblar.

Məlumatda qeyd olunub ki, naməlum şəxs onu avtobus dayanacağında peçenyeyə qonaq edib. 20 dəqiqədən sonra yeniyetmə özünü pis hiss edib.

Zərərçəkən yeniyetmə 15 yaşlı Zaxar olub. Hadisə şahidlərinin sözlərinə görə, onun nitqi pozulub, başı gicəllənib və baş verənləri aydın izah edə bilməyib. Həkimlər ona "müəyyən edilməmiş maddənin zəhərli təsiri" diaqnozunu qoyublar. Uşaq xəstəxanaya yerləşdirilib və hazırda reanimasiyadadır.

Araşdırmalar zamanı avtobus dayanacağı ilə yeniyetmənin tapıldığı yer arasındakı ərazidə heç bir müşahidə kamerasının olmadığı məlum olub. Hazırda polis hadisənin bütün detallarını araşdırır.

QAZİLER.AZ

Diaspora