Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb - YENİLƏNİB

Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb -  YENİLƏNİB backend

Biləsuvarda yol qəzasında xəsarət alanların durumu açıqlanıb.

TƏBİB-dən "Report"un Muğan bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (2-i kişi, 1-i qadın cinsli olmaqla) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində müalicəsi davam etdirilən şəxslərin vəziyyətləri stabil olaraq qiymətləndirilir.

17:55

Biləsuvar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı “Hyundai Elantra” markalı minik avtomobili traktora çırpılıb. Hadisə nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora