ABŞ-də göldə üzən 2 yaşlı qız reanimasiyaya düşüb

ABŞ-də göldə üzən 2 yaşlı qız reanimasiyaya düşüb backend

ABŞ-nin Oklahoma ştatından olan iki yaşlı qız göldə çimdikdən sonra ağır vəziyyətdə reanimasiyaya düşüb.

Qaziler.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb.

Elizabetin ilk simptomları göldə üzdükdən bir neçə gün sonra ortaya çıxıb. Həkimlər əvvəlcə onda boğaz ağrısı olduğunu güman edib antibiotiklər təyin ediblər. Lakin qızcığazın vəziyyəti nəinki yaxşılaşmayıb, əksinə, daha da pisləşib. Anası Suzanna ailənin şokda olduğunu söyləyib. Belə hal əvvəllər heç vaxt onların başına gəlməyib.

Sonrakı analizin nəticələri göstərib ki, qızcığaz göldə üzən zaman virusa yoluxub və bu, nadir və təhlükəli vəziyyətin - hemolitik uremik sindromun inkişafına səbəb olub, hansı ki böyrək çatışmazlığına, qaraciyərə və beyinə ziyan vura bilər.

Orqanizmin bərpa edilməsinə şansı vermək üçün uşaq dializə yerləşdirilib və tibbi komaya salınıb. Bu müvəqqəti iflic vəziyyət orqanlardakı yükü azaltmağa kömək edir. Uşaqda həmçinin ağciyər infeksiyası da yaranıb, lakin həkimlər onsuz da ağır olan vəziyyəti pisləşdirməkdən çəkindikləri üçün antibiotiklərdən istifadə edə bilmirlər.

Elizabethin ailəsi baş verənləri "kabus" kimi təsvir edir. Qızın tam sağalıb-sağalmayacağı, böyrəklərində və beynində bərpası mümkün olmayan zədələrin olub-olmayacağı hələlik məlum deyil.

QAZİLER.AZ

Diaspora