İtaliyanın 29 vətəndaşı quru yolu ilə İranı tərk edərək Azərbaycana gəlib.
Apa xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tajani bildirib.
Nazir qeyd edib ki, bu prosesdə mühüm işlər görülüb və bu xüsusda Tehran və Bakıdakı İtaliya səfirliklərinə, eləcə də İtaliya Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Farnesina Böhran Bölməsinə təşəkkür edib.
Antonio Tajani bildirib ki, bölgədə yaşayan İtaliya vətəndaşlarının təhlükəsizliyini təmin etmək istiqamətində fəaliyyətlər davam etdirilir:
“Onlar heç vaxt İtaliya dövlətinin tam dəstəyindən məhrum olmayacaqlar”.