Hindistanın Əhmədabad hava limanı yaxınlığındakı yaşayış məntəqəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
Bu barədə NDTV telekanalı məlumat yayıb.
Məlumata görə, qəzaya uğrayan təyyarə “Air India” aviaşirkətinə məxsusdur.
Hadisə yerindən çəkilmiş videogörüntülərdə yerdən qatı tüstünün qalxdığı görünür.
Çoxlu sayda təcili yardım maşını hadisə yerinə gəlib. Polis həmin ərazidə nəqliyyatın hərəkətini tam məhdudlaşdırıb.
“News18” telekanalının məlumatına görə, qəzaya uğrayan təyyarə göyərtəsində təxminən 250 sərnişinin olduğu “Boeing 787-8 Dreamliner” təyyarəsidir.
Hadisənin təyyarə Londona uçarkən baş verdiyi ehtimal olunur.
Report.az