Hindistanda qəzaya uğrayan təyyarənin VİDEOSU yayılıb

Hindistanda qəzaya uğrayan təyyarənin  VİDEOSU yayılıb backend

Hindistanda sərnişin təyyarəsinin qəza anları videoya yansıyıb.

Qaziler.az-ın məlumatına görə, görüntüləri SHOT teleqram kanalı yayıb.

Videoda təyyarənin sürətini itirərək yaşayış binalarının arasına düşdüyü görünür. Təyyarə eniş anında qəzaya uğradıqdan sonra güclü partlayış səsləri eşidilib və səmaya qara tüstü qalxıb.

İyunun 12-də günorta saatlarında Hindistanın qərbində Əhmədabad hava limanı yaxınlığındakı yaşayış massivində “Air India” sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə Əhmədabaddan Londona uçurmuş. Polis təyyarədə 242 nəfərin olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora