Gəncə xəstəxanasında oksigen balonu yanıb, xəstələr təxliyə edilir

Gəncə xəstəxanasında oksigen balonu yanıb, xəstələr təxliyə edilir backend

Gəncədə xəstəxanalardan birində oksigen balonu yanıb, xəstələr şəhərdəki digər tibb müəssisəsinə köçürülür.

"Report"un məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına 1 Saylı Xəstəxanasında oksigen balonunun yanması ciddi problemlərə yol açıb.

Hazırda xəstəxananın reanimasiya şöbəsində olan pasiyentlər Gəncə Şəhər Zülfüqar Məmmədov adına 3 saylı xəstəxanaya köçürülür.

İlkin məlumata görə, 10-dan artıq xəstə təxliyə olunub.

Qeyd edək ki, Abbas Səhhət adına xəstəxanada işıqlar söndürülüb, bəzi xidmətlər dayandırılıb.

Diaspora