Başqırdıstanda qızın kanatla əyləncəsi faciə ilə başa çatıb. Belə ki, kanatla yüksəklikdən eniş zamanı mexanizm bir anda bir neçə yerdən xarab olub və gənc qız ağır xəsarətlər alıb.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Ufa və Başqırdıstan Respublikasının xəbərləri | Ufa” teleqram kanalı məlumat yayıb.
Hadisə Ufa yaxınlığındakı Akberdinoda attraksionda baş verib. Zərərçəkənin sözlərinə görə, dəmir troslar köhnə olub, həmin an əyləc və təhlükəsizlik sistemləri sıradan çıxıb.
Kanalın yayımladığı videogörüntülərdə qız kanatdan aşağı sürüşür, lakin sonda əyləc avtomatik dayanmır və tam sürətlə metal konstruksiyaya çırpılır. Gənc qız bildirib ki, hadisə zamanı o, onurğa sütünündan və dirsəyindən ciddi xəsarətlər alıb.
Hadisədən sonra zərərçəkmiş polisə şikayət edib.
QAZİLER.AZ