Qaxdakı yol qəzasında xəsarət alanların kimliyi məlum olub

Qaxdakı yol qəzasında xəsarət alanların kimliyi məlum olub backend

Qaxda baş verən yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlar "VAZ-21099"un sürücüsü Qax rayonu, Turaclı kənd sakini, 1986-cı il təvəllüdlü Şahlar Bəşirov, 9 yaşlı Ö.A. və 12 yaşlı İ.A-dır.

17:20

Qax rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtoqəza baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Qax-Qorağan avtomobil yolunun rayonun Turaclı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkətdə olan "Honda" və "VAZ-21099" markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb. Onlar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Diaspora