Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb - Yenilənib

Tovuzda ruhi-əsəb xəstəsi olan oğul anasını balta ilə öldürüb - Yenilənib backend

06.06.2025-ci il tarixində saat 15:45 radələrində 1 nəfər (qadın cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, ağır açıq kəllə-beyin travması, beyin boşluğunun mayesinin axması, travmatik şok diaqnozu təyin olunan şəxsə zəruri tibbi xidmət göstərilib.

Xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Vəziyyəti ağır olan 1 nəfərin isə (qadın cinsli) xəstəxanaya daxil olan kimi ölüm faktı qeydə alınıb.

 

*****

Tovuz şəhərində ruhi-əsəb xəstəsi, 31 yaşlı Kainat Namazov bacısı 25 yaşlı A. Namazovaya və anası 55 yaşlı Sevinc Həsənovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib və daha sonra yaşadıqları evi yandırıb.

APA-nın məlumatına görə, polis əməkdaşları tərəfindən K.Namazov saxlanılıb.

Xəstəxanaya yerləşdirilən S.Həsənova xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

*****

Tovuzda ölümlə nəticələnən mübahisənin təfərrüatları məlum olub.

APA-nın məlumatına görə, fiziki qüsürlü şəxs ailə münaqişəsi zamanı anasını və bacısını batlalayıb.

Nəticədə ana ölüb, bacısı isə ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisəni törədən fiziki qüsürlü şəxs polis şöbəsinə aparılıb.

Diaspora