İyunun 3-ü, saat 12:40-da 1984-cü il təvəllüdlü (kişi cinsli) şəxs arterial hipertenziya diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, ona zəruri tibbi yardımlar göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
"Daha sonra o, iyunun 4-də yaxınları tərəfindən təkrar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona digər beyindaxili qansızma diaqnozu təyin edilib. Göstərilən bütün reanimasiyon tədbirlərə baxmayaraq, iyunun 5-i, saat 14:40-da ölüm faktı qeydə alınıb", - deyə məlumatda bildirilir.
20:02
Cəlilabad rayon sakini xəstəxanada ölüb.
Oxu.az-ın məlumatına görə, rayonun Həziabad kənd sakini, 1984-cü il təvəllüdlü Qənbər Yusubov toyda döyülüb. Daha sonra o, xəstəxanaya gətirilib.
Bu gün isə xəstəxanada dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, ilkin məlumata görə, Masallı rayonu ərazisində baş verən mübahisə zamanı onu döyən şəxsin həmkəndlisi 22 yaşlı Babək Şahmarov olduğu müəyyən edilib.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə B.Şahmarov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.