Sabirabadda evdə baş vermiş yanğında ölən ailə üzvlərinin adları məlum olub

Sabirabadda evdə baş vermiş yanğında ölən ailə üzvlərinin adları məlum olub backend

Sabirabad rayonu Muğangəncəli kəndində fərdi yaşayış evində baş vermiş yanğında bir ailənin dörd üzvü ölüb.

Trend xəbər verir ki, yanğın nəticəsində 1989-cu il təvəllüdlü İmanov Tural Ağasəf oğlu, həyat yoldaşı 2002-ci il təvəllüdlü İmanova Şəfalı Rövşən qızı, övladları - 2020-ci il təvəllüdlü İmansoy Osmanbəy Tural oğlu və 2024-cü il təvəllüdlü İmansoy Esma Tural qızı vəfat edib.

Ev sahibi, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızı, onun oğlu, 1983-cu il təvəllüdlü İmanov Ruslan Ağasəf oğlu yanğından xilas olublar.

Ümumi sahəsi 240 kvadratmetr olan 6 otaqlı 2 mərtəbəli fərdi yaşayış evi yanar konstruksiyaları ilə birlikdə tam yanıb.

Yanğın digər sahələrə və tikililərə keçməyib, yanğındöndürənlər tərəfindən söndürülüb.

Yanğının gecə saatlarında evdə elektrik naqillərində olan qısaqapanmadan baş verdiyi bildirilir.

Hazırda faktla bağlı Fövqəladə Hallar Nazirliyinin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

xxx

07:32

Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.

Trend bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.

İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.

Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.

Diaspora