Azərbaycan Ordusuna aid hərbi avtomobil aşıb - FOTO

Azərbaycan Ordusuna aid hərbi avtomobil aşıb - FOTO backend

İyunun 2-də Bərdə rayonu Qaraməmmədli kəndi yaxınlığından keçən yolda aşan "Kamaz" markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, hadisə "Mersedes" markalı avtomobilin hərbi kolona daxil olması nəticəsində baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

*****

Bərdədə yük avtomobili aşıb.

Qaziler.az-ın "Teleqraf"a istinadən xəbərinə görə, hadisə rayonun Mirzalıbəyli kəndi ərazisində qeydə alınıb.

Yük maşını hərəkətdə olarkən qarşısına minik avtomobili çıxıb. Yük avtomobilinin sürücüsü minik avtomobilini vurmamaq üçün maşını yol kənarına çəkməyə çalışıb. Nəticədə hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq, yol kənarına aşıb.

Bildirilir ki, "Kamaz" markalı avtomobil Azərbaycan Ordusuna aid olub.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma başlanıb.

Diaspora