Amerikanın Alabama ştatında 14 yaşlı Meyson Sisk övladlığa götürüldüyünü öyrəndikdən sonra yaxınları ilə vəhşicəsinə davranıb. Belə ki, yeniyetmə valideynlərini - 38 yaşlı Con və 35 yaşlı Merini, həmçinin altı və dörd yaşlı bacılarını və altı aylıq körpəni güllələyib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “Daily Mail” xəbər dərc edib.
Ailə yenicə tətildən qayıdıbmış. Bundan sonra Meysonun davranışı kəskin şəkildə dəyişib. O müəllimlərinə qarşı kobud davranmağa başlayıb, sonra özünə qapanıb. Ailəsini güllələdiyi gecəsi o özü polisə zəng edərək, atışma barədə məlumat verib və zirzəmidə olduğu üçün heç nə görmədiyini bildirib. Ancaq həqiqət tez üzə çıxıb. Ailənin bütün üzvləri çarpayılarında başlarından güllələnmiş vəziyyətdə aşkar ediliblər.
Dindirilmə zamanı yeniyetmə törətdiyi cinayəti etiraf edib. Məhkəmə onu yetkinlik yaşına çatdıqdan sonra ömürlük həbs cəzasına məhkum edib. Məhkəmə boyu qatil peşman olduğunu bildirməyib.
QAZİLER.AZ