Novosibirsk vilayətində R-255 “Sibir” avtomobil yolunun 76-cı km-də güclü yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə mayın 30-da Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin (GU) mətbuat xidməti məlumat yayıb.
Avtobus zolağa çıxaraq qarşıdan gələn yük maşını ilə, daha sonra isə daha iki avtomobillə toqquşub.
"Yol qəzası nəticəsində beş nəfər xəsarət alıb", - Telegram kanalında deyilir.
QAZİLER.AZ