Ağdamda aşkarlanan insan skeletinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır - YENİLƏNİB

Ağdamda aşkarlanan insan skeletinə bənzər sümük fraqmentləri ilə bağlı araşdırma aparılır - YENİLƏNİB backend

Mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaziler.az-ın məlumatına görə, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

***

09.22

Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində skelet qalıqları aşkar edilib.

Apa-nın Qarabağ bürosu xəbər verir ki, sümüklər tapılan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Diaspora