Kafedə araq məclisi qanla bitdi - TƏFƏRRÜATKafedə araq məclisi qanla bitdi - TƏFƏRRÜAT

Kafedə araq məclisi qanla bitdi - TƏFƏRRÜATKafedə araq məclisi qanla bitdi - TƏFƏRRÜAT backend

Goranboy rayonunda iki nəfərin bıçaqlanmasının təfərrüatı məlum olub.

Qaziler.az-ın məlumatına görə, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri olan 3 dost - 1985-ci il təvəllüdlü Zaur Muradov, 1987-ci il təvəllüdlü Mail Məmmədov və 1981-ci il təvəllüdlü Vüsal Sarıyev kafeyə gələrək orada çörək yeyiblər. Onlar kafedə 2 litrdən artıq araq içiblər. Daha sonra Zaur Muradov Vüsal Sarıyevə söyüşlə zarafat edib. Bu vaxt V.Sarıyev sərxoş vəziyyətdə olduğundan zarafatı qəbul etməyib və kafedən götürdüyü bıçaqla Zaur Muradova xəsarət yetirib. Hadisə zamanı onları ayırmaq istəyən Mail Məmmədov V.Sarıyevi kafedən çıxarmaq istəyərkən sonuncu onu da bıçaqlayıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər, V.Sarıyev saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

20:12

Goranboyda bıçaqlanma hadisəsində yaralanan şəxslərin son vəziyyətləri açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 24.05.2025-ci il tarixində saat 02:25 və 13:20-də 2 nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

1985-ci il təvəllüdlü şəxsə kürək və bel nahiyəsinin kəsilmiş yarası, 1987-ci il təvəllüdlü şəxsə isə sol boyun nahiyəsinin kəsilmiş yarası diaqnozu təyin edilib.

Hər iki şəxsə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

17:44

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Səfikürd kəndində yerləşən kafedə qeydə alınıb.

Kənd sakinləri - 1985-ci il təvəllüdlü Z.Muradov və 1987-ci il təvəllüdlü İ.Məmmədov bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Araşdırma zamanı məlum olub ki, onlar mübahisə zəminində 1981-ci il təvəllüdlü V.Sarıyev tərəfindən bıçaqlanıblar.

Faktla bağlı araşdırma aparılır.

Diaspora