Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib

Ağdamda insan skeletinə bənzər sümük fraqmentləri aşkar edilib backend

Ağdamda növbəti dəfə sümük qalıqları aşkar edilib.

Apa-nın yerli bürosu xəbər verir ki, sümük qalıqları işğaldan azad edilmiş Eyvazxanbəyli kəndi ərazisində qazıntı işləri aparılarkən aşkarlanıb.

Əraziyə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda dəqiqləşdirmə işləri aparılır.

Qeyd edək ki, Eyvazxanbəyli kəndi ərazisində aprel ayında da sümük qalıqları tapılmışdı.