Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) qlobal biznes mühitində tanınan “Corporate Vision Magazine” nəşrinin (Böyük Britaniya) “Global Business Awards 2025” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Nazirlikdən Qaziler.az-a bildirirlib ki, mərkəz son illərdə rəqəmsal xidmətlərin genişləndirilməsi, vətəndaş yönümlü həllərin yaradılması və ümumilikdə innovativ idarəetmə modellərinin tətbiqi sahəsində uğurlarına görə müsabiqənin qaliblərindən biri olub.
Müsabiqə çərçivəsində dünyanın 100-dən artıq ölkəsini təmsil edən qabaqcıl şirkətlər və təşkilat müxtəlif nominasiya üzrə qiymətləndirilib. Qiymətləndirmə zamanı iştirakçıların strateji yanaşmaları, innovasiya bacarıqları, rəqəmsal transformasiya sahəsində əldə etdikləri nailiyyətlər və ümumi korporativ effektivlikləri nəzərə alınıb.
“Corporate Vision Magazine” bütün dünyada innovativ yanaşmaları, qabaqcıl texnologiyaları və perspektivli biznes təşəbbüslərini işıqlandıran və təbliğ edən nüfuzlu rəqəmsal nəşrdir.
https://www.corporatevision-news.com/march-2025/#issue-winner-az
