Çoxuşaqlı amerikalı ailədən olan yeddi yaşlı uşaq, pis davranışına görə cəza olaraq ona davamlı zeytunun duzlu suyu verildiyi üçün ölüb.
Qaziler.az bu barədə “The Daily Mail”ə istinadla yazır.
Həkimlərin dediyinə görə, oğlan çox halsız və tükənmiş vəziyyətdə olub. Valideynləri isə hər şeyi inkar edir və uşağın ruhi xəstə olduğunu iddia ediblər.
Nəşrin məlumatına görə, ailədə altı uşaq yaşayır. Valideynlər tez-tez övladlarına zeytunun duzlu suyunu içirdiblər və bu yolla onları pis əməllərinə görə cəzalandırıblar. Belə bir cəzalandırmadan sonra yeddi yaşlı uşaq xəstələnib və həkimlər ona kömək edə bilməyiblər.
Lakin uşağın psixi xəstəliyi ilə bağlı versiyanı təsdiqləmək mümkün olmayıb. Ölümün səbəbini sübut etmək mümkün olmadığı üçün istintaq bağlı elan olunub.
QAZİLER.AZ