Biləsuvar rayonunda fərdi evi ildırım vurub.
"Report"un məlumatına görə, hadisə rayonun Xırmandalı kəndində baş verib.
İldırım düşən ev kənd sakini Nazim Adıgözəlova məxsusdur.
Ev sahibinin sözlərinə görə, ildırım əvvəl evin üstünü vuraraq dağıdıb. Sonra isə evdəki elektrik avandanlıqları və elektrik sayğacını yararsız hala salıb.
Sakinin bildirdiyinə görə, sonuncu dəfə kəndə təxminən 10 il öncə ildırım düşüb və bu, nadir hadisədir.