Xaçmazda kişinin cinsi orqanını kəsməkdə təqsirləndirilən şəxs həbs edildi

Xaçmazda kişinin cinsi orqanını kəsməkdə təqsirləndirilən şəxs həbs edildi backend

Xaçmaz rayonunda 42 yaşlı kişinin cinsi orqanını kəsməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov həbs edilib.

Oxu.Az-ın məlumatına görə, S. Mahmudov şübhəli şəxs qismində saxlanılıb və barəsində cinayət işi başlanıb.

İstintaq orqanı S.Mahmudovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xaçmaz Rayon Məhkəməsinə təqdimat göndərib. Təqdimat təmin edilib və S.Mahmudov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, hadisə mayın 14-də rayonun Fərzəlioba kəndində baş verib.

Kənd sakini, 1994-cü il təvəllüdlü Səbuhi Mahmudov 1983-cü il təvəllüdlü kişi ilə mübahisə edib. Mübahisə nəticəsində S.Məmmədov həmin şəxsi boyun nahiyəsindən bıçaqlayıb və cinsi orqanını kəsib.

Diaspora