​​​​​​​Kürdəmirdə 38 yaşlı qadın əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB

​​​​​​​Kürdəmirdə 38 yaşlı qadın əməliyyatdan sonra ölüb, araşdırma aparılır - YENİLƏNİB backend

Mayın 12-də Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında “kəskin appendisit diaqnozu” ilə cərrahi əməliyyat olunmuş 1987-ci il təvəllüdlü Pərvanə Abdullayevanın mayın 13-də vəfat etməsi faktı üzrə Kürdəmir rayon prokurorluğunda araşdırma aparılır.

Qaziler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib.

***

14.41


Mayın 12-də saat 16:30 radələrində vəziyyətinin pisləşməsi səbəbilə 1987-ci il təvəllüdlü (qadın cinsli) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcil tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, ona kəskin appendisit və lokalizə olunmuş peritonit diaqnozu təyin olunub: “Pasiyent müayinə nəticələri əsasında təyin edilən diaqnoza əsasən təcili appendektomiya əməliyyatına alınıb.
Əməliyyatdan sonra stabil vəziyyətdə palataya yerləşdirilən pasiyentin vəziyyəti mayın 13-də saat 08:00 radələrində qəfil pisləşib. Dərhal reanimasiya tədbirlərinin görülməsinə və həkimlərin səylərinə baxmayaraq ölüm faktı qeydə alınıb.
Ölümün bilavasitə səbəbini patoloji-anatomik təşrih nəticəsində müəyyənləşdirmək mümkündür”.

Günay Elşən

***

13.20

Kürdəmir rayonunda xəstə əməliyyatdan sonra ölüb.

Apa-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

Rayonun Atakişili kənd sakini, 1987-ci il təvəllüdlü Pərvanə Alı Abdullayeva xəstəxanada appendektomiya əməliyyatı olunub. Əməliyyatdan sonra P. Abdullayeva xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Diaspora