İraqda kişi mülkündə saxladığı aslanın hücumuna məruz qalaraq ölüb.
Qaziler.az xəbər verir ki, bu barədə “Rudaw” məlumat yayıb.
Hadisə Kufə şəhərində baş verib. 50 yaşlı yerli sakinin evində bir neçə vəhşi heyvan, o cümlədən şir olub. Belə ki, şir sahibinə qarşı aqressiya nümayiş etdirib.
Yırtıcı adamı dişləyərək bədəninin bir hissəsini yeyib. Heyvan aqressiya göstərdiyi üçün hadisə yerinə gələn mütəxəssislər ona atəş açıblar. Şirin hücumu nəticəsində xəsarət alan heyvanın sahibini xilas etmək mümkün olmayıb.
Nəşrin yazdığına görə, evlərdə vəhşi heyvan saxlamaq İraqda qanunla yaxşı tənzimlənmir və brakonyerlər bundan faydalanırlar.
“Ovçular və qaçaqmalçılar çox vaxt nadir heyvan növlərini tutmaq və satmaq üçün tənzimləmənin olmamasından istifadə edirlər”, - nəşr yazıb.
QAZİLER.AZ