Atasının başını kəsən oğul cəzadan azad edildi

Atasının başını kəsən oğul cəzadan azad edildi backend

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Saatlı rayonunda atasını öldürməkdə təqsirləndirilən Rabil Ağayevin cinayət işi üzrə prosesi başa çatıb.

Oxu.az-ın məlumatına görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmə R.Ağayevin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlib və o, cəzadan azad edilərək məcburi müalicəyə göndərilib.

İttihama görə, hadisə 2024-cü ilin iyul ayında baş verib. Rayon sakini Rabil Ağayev yaşadığı evdə atası Ramiz Ağayevlə mübahisə edib. Mübahisə nəticəsində o, atasının boğazını şüşə ilə kəsərək qətlə yetirib.

Diaspora