Şimali Kipr Türk Respublikasında keçirilən “TECHNOFEST-2025”də Azərbaycanı təmsil edən Bakı Ali Neft Məktəbinin (BANM) "Qızıl Qaya" komandası “TECHNOFEST-2025”də birinci yer tutub.
"Report"un Şimali Kiprə ezam olunmuş müxbiri xəbər verir ki, Azərbaycan komandasına mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.
"Qızıl qaya" komandası turizm texnologyaları kateqoriyasında birinci yeri tutub.
BANM-ın digər komandası “Xudafərin” isə “Tədqiqat Layihələri – Ətraf Mühit və Enerji” kateqoriyası üzrə 3-cü yer tutub.
Qeyd edək ki, 11-ci “TECHNOFEST-2025” festivalı mayın 4-dək davam edəcək. Festival ŞKTC Prezident Administrasiyası, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Türkiyənin Texnologiya Komandası Vəqfi (T3 Foundation) tərəfindən dəstəklənir.