Bakı-Tbilisi qatarı bərpa edilir? - Yeni tarix AÇIQLANDI

Bakı-Tbilisi qatarı bərpa edilir? - Yeni tarix  AÇIQLANDI backend

Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr davam edir.

Modern.az xəbər verir ki, Gürcüstan mediasında qatarın mayın sonunda bərpa oluna biləcəyi barədə iddialar yayılıb.

İddiaya görə, ilk qatarın 26 may - Gürcüstanın Müstəqillik Günü və 28 may - Azərbaycanın Respublika Günü münasibətilə yola salınması barədə razılıq əldə edilib.

Bildirilib ki, hələ dəqiq tarix müəyyən edilməyib. 

Məsələ ilə bağlı nə Azərbaycan, nə də Gürcüstan tərəfindən rəsmi açıqlama verilib. 

Xatırladaq ki, Gürcüstan və Azərbaycan paytaxtları arasında sərnişin qatarlarının hərəkəti koronavirus pandemiyası səbəbindən 2020-ci ilin martın 14-dən dayandırılıb.

Azərbaycanda xüsusi karantin rejimi iyulun 1-i saat 06:00-dək uzadılıb.

Diaspora