Orenburq vilayətinin Kretovka və Mixaylovka qəsəbələri arasındakı magistral yolda avtobus və minik avtomobili toqquşub, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Qaziler.az bildirir ki, bu barədə aprelin 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi (MD) məlumat yayıb.
"Qəzanın nəticələrinin aradan qaldırılması üçün Rusiya Fövqəladə Hallar Nazirliyinin 38-ci Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Onlar 1966-cı il təvəllüdlü şəxsin cəsədini avtomobildən çıxarıblar", - idarənin Telegram kanalında deyilir.
Avtobusda olan 4 sərnişin yaralanıb. Hadisə yerinə gələn həkimlər onlara lazımi köməklik göstəriblər.
QAZİLER.AZ