Qubada küçə iti üç nəfərə müxtəlif xəsarətlər yetirib. Hadisə rayonun İkinci Nügədi kəndində baş verib.
Belə ki, səkkiz yaşlı uşaq məktəbdən evə qayıdarkən küçə itinin hücumuna məruz qalıb. Daha sonra onun köməyinə çatan iki qadını da it dişləyib.
"Uşağı qarşılamağa çıxanda gördüm ki, it ona hücum edib. Qonşular köməyə gəldilər. İti övladımdan ayıra bilmirdilər. Oğlum itin altında idi. Qonşu ayırmaq istəyəndə, it qolunu dişlədi. O biri bacısı da köməyə gəldi. İt onun da qolunu, qarnını dişlədi. Uşaq qan içində idi, güclə dartıb qurtara bildik", - məktəblinin anası deyib,
Hər üç şəxs Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Tibb müəssisəsindən verilən məlumata görə, yaşlı qadınlara ilkin yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. Uşağın isə travması ağır sayıldığı üçün Travmatologiya şöbəsində müalicəsi davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində: