Bakıda 64 yaşlı qadın aptekdə ölüb

Bakıda 64 yaşlı qadın aptekdə ölüb backend

Bakıda aptekdə ölüm hadisəsi baş verib.

Qaziler.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən aptekdə baş verib.

Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Zenfira Məmmədova aptekə daxil olub və az sonra vəfat edib. Onun ürək çatışmazlığından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.