Cəlilabadda uşaq daş hasarın altında qalıb can verdi

Cəlilabadda uşaq daş hasarın altında qalıb can verdi backend

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, hadisə rayonunun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2017-ci il təvəllüdlü N.M. həyətlərində olarkən aşan daş hasarın altında qalıb.

Müxtəlif bədən xəsarətləri alan azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Diaspora