Rusiyada həkimlər neçə gündür yatan məktəblini xilas ediblər.
Qaziler.az xəbər verir ki, bu barədə Moskva Regional Analıq və Uşaqlığın Müdafiəsi Mərkəzi məlumat yayıb.
Xəbərdə qeyd olunub ki, aparılan analizin nəticələrinə əsasən, qıza affektiv pozğunluq diaqnozu qoyulub. Bu, artan yuxululuq və depressiv əhval-ruhiyyə ilə müşayiət olunan psixi xəstəlik deməkdir.
Tibb müəssisəsindən qeyd edib ki, ailədə heç kim gün ərzində məktəbli qızı oyada bilməyib. Onlar həkimlərlə əlaqə saxlayıblar, nəticədə həkimlər qızı təcili olaraq xəstəxanaya çatdırıblar. Məktəbli qız xəstəxanada mərkəzi sinir sistemini stimullaşdırmağa və metabolik prosesləri normallaşdırmağa yönəlmiş kompleks terapiyadan keçib. Bir neçə gündən sonra məktəbli özünə gəlib.
Məlum olub ki, yeniyetmə məktəbdəki və şəxsi təcrübələrlə bağlı ciddi stress keçirirmiş.
QAZİLER.AZ