Bakıda anbarda baş verən yanğın tam söndürülüb - YENİLƏNİB

Bakıda anbarda baş verən yanğın tam söndürülüb - YENİLƏNİB backend

Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsində anbarda baş vermiş yanğın tam söndürülüb.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğın nəticəsində bir dam altında tikilmiş ümumi sahəsi 2400kv.m olan elektronika və digər malların saxlanıldığı anbar 360kv.m sahədə yanıb.

Anbarın böyük hissəsi yanğından mühafizə olunub, habelə yanğının yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilməyib.

12:40

Bakıda anbarda baş verən yanğın məhdudlaşdırılıb.

Qaziler.az bildirir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

12.12

Bakıda anbarda baş verən yanğınla bağlı qərargah yaradılıb.

Qaziler.az bildirir ki, bu barədə “Report”un hadisə yerində olan əməkdaşı xəbər verir.

Yanğın baş verən əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin 5 əsas, 2 xüsusi yanğınsöndürən texnikası cəlb olunub.

Hazırda yanğının yayılmasının qarşısının alınması və söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. 

11.43

Bakıda anbarda baş verən yanğın şiddətlənib.

Qaziler.az bildirir ki, “Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, əraziyə 6-a yaxın yanğınsöndürən texnikası cəlb olunub.

İlkin məlumata görə, anbarda müxtəlif təyinatlı mallar saxlanılır. Yanğının şiddətlənməsinə səbəb alova həssas kompüter avadanlıqlarının yanmasıdır.

Ehtimala görə, yanğının baş verməsinə səbəb kimi qısaqapanma göstərilir. 

 

Diaspora