Binəqədidə obyektdə baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB

Binəqədidə obyektdə baş verən yanğının qarşısı alınıb - YENİLƏNİB backend

Məlumat verildiyi kimi, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən obyektdə yanğın baş verib və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən  verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

15:18

 

Bakının Binəqədi rayonunda yerləşən obyektlərin birində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hazırda polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür.

Diaspora