Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb

Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb backend

Şabranda sel nəticəsində həlak olanların sayı 3-ə çatıb.

"Report"un Şimal bürosunun məlumatına görə, Siyəzən rayon sakini, 63 yaşlı Füzuli Mövlud oğlu Paşayevin də meyiti aşkarlanıb. 

Onun meyiti Şabran rayonu Dağbilici kəndi yaxınlığında, çay kənarında aşkarlanıb. 

Mərhumun seldə boğulduğu bildirilir.

Bundan əvvəl aprelin 16-da Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin - Şirvan şəhər sakini, 59 yaşlı Məmmədov Nurməmməd Qəhrəman oğlu və Salyan rayon sakini, 63 yaşlı Nağıyev Etibar Hafiz oğlunun meyiti aşkar edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Diaspora