Hacıqabulda qadın yağış suyunda boğuldu

Hacıqabulda qadın yağış suyunda  boğuldu backend

Hacıqabulda qadın faciəvi şəkildə ölüb.

Qaziler.az Lent.az-a istinadla xəbər verir ki, hadisə şəhərin Ə.Vahid küçəsindəki fərdi evdə baş verib.

70 yaşlı Zenfira Əlişirin qızı Məmmədova yaşadığı evin zirzəmisinə yığılmış suya düşərək boğulub.

Evin zirzəmisinə yağış və qrunt sularının dolduğu bildirilir. Mərhum ruhi xəstə olub.

Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda araşdırma aparılır.

Diaspora