Məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti məlum olub - YENİLƏNİB

Məktəbin pəncərəsindən yıxılan şagirdin vəziyyəti məlum olub - YENİLƏNİB backend

Aprelin 11-i saat 13:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nizami rayonu, 220 saylı orta məktəbdən müraciət qeydə alınıb.

Bu barədə TƏBİB-dən xəbər verilib

Bildirilib ki, dərhal çağırış ünvanına briqada cəlb olunub. 2011-ci il təvəllüdlü şəxs (kişi cinsli) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

"Pasiyentə belin küt travması diaqnozu təyin edilib. Zəruri tibbi yardımlar göstərilən şəxs ambulator müalicə üçün evə buraxılıb", - məlumatda qeyd olunub.

***

16:35

220 nömrəli məktəb-liseyin VIII sinif şagirdi (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) II mərtəbənin pəncərəsindən yıxılıb.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən  məlumat verilib.

Bildirilib ki, məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Şagirdin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

"Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilib. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəbdaxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.

İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq, məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur", - məlumatda deyilib.

Qeyd edək ki, mediada Bakıda 220 nömrəli məktəb-liseyin sinif şagirdi dərs zamanı özünü pəncərədən atdığı barədə xəbərlər yayılıb. Yayılan məlumatlarda buna səbəb olaraq sinif yoldaşları ilə mübahisə etdiyi bildirilib. (Apa)

Diaspora