Daşkəsəndə 36 yaşlı kişi binanın üçüncü mərtəbəsindən yıxılıb.
Oxu.Az xəbər verir ki, hadisə Daşkəsən şəhərinin Səməd Vurğun küçəsində yerləşən dördmərtəbəli yaşayış binasından yıxılan şəxs Şəmkir rayonunun Çənlibel kənd sakini E.Hümbətov həmin ünvana qonaq gedibmiş.
O, dərhal xəstəxanaya çatdırılıb. Hazırda E.Hümbətovun vəziyyətinin orta ağır olduğu bildirilir.
Qeyd edək ki, binadan yıxılan şəxsin hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.