BMT üzvlərini daşıyan təyyarə Somalidə təcili eniş etdikdən sonra yanıb

BMT üzvlərini daşıyan təyyarə Somalidə təcili eniş etdikdən sonra yanıb backend

Göyərtəsində BMT əməkdaşlarının olduğu təyyarə Somalinin paytaxtı Moqadişu hava limanına məcburi eniş edib.

Qaziler.az xəbər verir ki, bu haqda “Arlaadi Media” telekanalı məlumat yayıb.

Kanalın yazdığına görə, buna səbəb təyyarədə yaranan texniki problem olub. Qeyd edilib ki, təyyarə eniş etdikdən sonra alovlanıb.

“Texniki nasazlığın yaratdığı problemdən dolayı UN684 reysinin Baidoa şəhərinə enməsində əngəl yarandığı üçün Moqadişoda təcili eniş edib”, - açıqlamada bildirilib.

QAZİLER.AZ

Diaspora