Ermənistanda martın 30-da Gümrü və Parakar icmalarında ağsaqqallar şuralarına növbədənkənar seçkilər keçirilir. Mülki geyimli naməlum şəxslər "Bizim Şəhər" blokundan Ağsaqqallar Şurasına namizəd olan Anait Xalatyanı oğurlayıblar.
QAZİLER.AZ Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Bizim Şəhər” bloku məlumat yayıb.
“Şahidlərin sözlərinə görə, onun yanında daha bir qadın olub. Hazırda heç bir məlumatımız yoxdur. Hüquq-mühafizə orqanları ilə əlaqə saxlayırıq”, – deyə açıqlamada qeyd edilib.